UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) matçının start heyətləri bəlli olub.
Bakupost.az Avropa futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
“Qarabağ”: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
"Malmö": Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson, Kristiansen, Botheim, Kiese Thelin, Berq
Baş məşqçi: Henrik Ridström
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
***
Matç başladı.
***
“Qarabağ” hesabı açdı. Juninyonun 15-ci dəqiqədə vurduğu qolla hesab 1:0.oldu.
***
19-cu dəqiqədə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurdu..
***
Erik Botheym 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 1:2.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" İsveçin "Malmö" klubuna məğlub olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.