“Liviya və Qarabağa girdiyimiz kimi eynisini onlara da (İsrailə-red.) edərik. Etməyəcəyik deyə bir şey yoxdur”.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Rizə təşkilatının keçirdiyi toplantıda çıxış edərkən deyib.
Növbəti dəfə İsrailin Qəzza siyasətini tənqid edən Türkiyə lideri “Bu addımları ata bilmək üçün güclü olmalıyıq” ifadəsini işlədib.