“Beroe”nin hücumçusu Leandro Qodoyla maraqlanan Azərbaycan klubunun adı məlum olub.
Bakupost.az xəbər Sportinfo.az-a istinadən xəbər verir ki, Bolqarıstanda çıxış edən argentinalı “Qarabağ“ın transfer siyahısında yer alıb.
Ağdam təmsilçisi 5 milyon avro qarşılığında “Flamenqo“ya satdığı Olavio Juninyonun yerinə məhz onu hədəfinə alıb.
Hazırda tərəflər arasında danışıqlar sürətlə davam etməkdədir.
23 yaşlı forvardın xidmətində Rusiyadan “Lokomotiv” və Bolqarıstandan SSKA da maraqlıdır.
“Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi söylənilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Mərkəz hücumçusu olan Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub (hamısı yüksək liqada).
Argentinalı "Rasinq", “Çakarita Juniors” (hər ikisi Argentina) və “Torreense”də (Portuqaliya) oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.