Ru
13:26 / 12 Oktyabr 2024

"Qarabağ"ı məğlub etmişdi, "Neftçi" üçün Bakıya gəldi

"Qarabağ"ı məğlub etmişdi, "Neftçi" üçün Bakıya gəldi
2510

“Neftçi” rəhbərliyinin komandanı bosniyalı Sergey Yakiroviçə tapşırması ilə bağlı iddialar yayılıb.

Bakupost.az “Futbolinfo”ya istinadən xəbər verir ki, çalışdırıcı artıq Bakıya gəlib.

Hazırda tərəflər arasındakı danışıqların son mərhələsində olduğu bildirilir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Yakiroviçin sonuncu iş yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasında məhz onun rəhbərliyi altında Azərbaycan çempionu “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələ adlayan tərəf olmuşdu.

Xatırladaq ki, bosniyalı mütəxəssis ÇL-in Liqa mərhələsində Almaniya nəhəngi “Bayern”ə məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.

Yakiroviç “Dinamo”dan öncə “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. 47 yaşlı mütəxəssis ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb.

O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar