Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı məsələyə aydınlıq gəlib.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
"Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər", - deyə L.İsrəfilli qeyd edib.
*****
10:17
Bakıda məktəb yaxınlığında azyaşlı qızlara əxlaqsız hərəkətlər edən şəxs peyda olub.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, naməlum şəxs gah özünü məzlum adam kimi, gah da köməyə ehtiyacı olan qazi atası kimi təqdim edir.
DİN mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.