Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:19 / 03 Dekabr 2024

Qaribaşvili istefa verib?

736
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili bu siyasi birlikdən çıxacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Vurğulamaq istəyirəm ki, mən “Gürcü Arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm, komandamızın üzvüyəm və bütün digər məlumatlar həqiqətə uyğun deyil”, – Qaribaşvili bildirib.

Bundan əvvəl Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalı öz mənbələrinə istinadən Qaribaşvilinin partiyanı tərk etdiyini bildirmişdi.

2024-cü il yanvarın sonunda Qaribaşvili 2021-ci ilin fevralından tutduğu Gürcüstanın baş naziri postunu tərk etdiyini açıqlayıb. Bundan sonra hökumətə İrakli Kobaxidze başçılıq etməyə başladı, Qaribaşvili isə “Gürcü Arzusu”nun sədri oldu.

Qaribaşvili ilk dəfə 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub. O, həmçinin Gürcüstanın Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə rəhbərlik edib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar