Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində indiyədək 327 nəfərin müraciəti qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, onlardan 152-si qadın, 175-i kişidir.
"Müraciət edənlərdən 298 nəfəri müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunublar. 30 nəfərə isə yerində yardım olunub", - deyə məlumatda bildirilib.