Ru
15:56 / 21 Fevral 2025

Qarlı havada xəstəxanalıq olanların sayı 55-ə çatdı - Yenilənib

Qarlı havada xəstəxanalıq olanların sayı 55-ə çatdı - Yenilənib
967

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Bu barədə Bakupost.az -a nazirlikdən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 2 nəfərə cərrahi müalicə tətbiq olunub.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin müraciəti qeydə alınıb.

Onlardan 14-ü qadın, 10-u kişidir. Müraciət edənlərdən 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.

***

Son məlumata görə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 55 nəfər müraciət edib.

Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 2 nəfərə cərrahi müalicə tətbiq olunub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar