Ru
16:10 / 21 Fevral 2025

Qarlı yolda mikroavtobus belə aşdı - Video

Qarlı yolda mikroavtobus belə aşdı - Video
1275

Bu gün səhər saatlarında Zaqatala rayonunda mikroavtobus aşıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zaqatala şəhəri ilə Muğanlı qəsəbəsi arasında fəaliyyət göstərən “Mercedes” markalı marşrut mikroavtobusu Aşağı Tala kəndində sürücünün idarəetməsindən çıxıb.

Nəqliyyat vasitəsi qarlı və sürüşkən yolda ağaca çırpılaraq yolun kənarına aşıb.

DİN-in Mətbuat xidmətinin Şəki Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəzaya uğrayan avtobusda sürücü və iki sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə anının görüntülərini təqdim edirik:


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar