Ru
13:07 / 06 İyul 2024

“Qarşıda çətin yol var...” - Pezeşkiandan ilk açıqlama

2560
İranda keçirilən növbədənkənar prezident seçkilərində ikinci turda 53,7 faiz səslə qalib gələn Məsud Pezeşkian ilk açıqlamasını verib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşıda duran yolun çətin olduğunu, birlik və etimad olmadan bunun öhdəsindən gələ bilməyəcəklərini bəyan edib.

Pezeşkian prezident seçilməsindən sonra İran xalqına müraciət edərək, onları bu yolda tək qoymayacağını deyib:

“Əziz İran xalqı, seçkilər bitdi. Bu bizim birliyimizin başlanğıcıdır. Birlik və inam olmadan qarşıda duran çətin yolu keçə bilmərik. Mən sizə əl uzadıram və şərəfimə and içirəm ki, sizi bu yolda tək qoymayacağam”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar