Ru
14:47 / 27 Sentyabr 2024

"Qatil peycerlər" necə işə salınıb? - CNN-dən ilginc versiya

"Qatil peycerlər" necə işə salınıb? - CNN-dən ilginc versiya
1893

Livanda peycerlərin partlamasına çox güman ki, batareyalarda gizlədilmiş partlayıcılar səbəb olub.


Bakupost.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, sentyabrın 17-də ilk partlayışlar seriyası baş verəndə peycerlər söndürülüb. Bununla da cihazların mesajlar daxil olduqdan sonra partlaması barədə məlumat təsdiqini tapmayıb.

CNN-in Livan kəşfiyyat mənbələrindən biri qeyd edib ki, partlayıcılar peycerlərdə o qədər yaxşı gizlədilib ki, onları aşkar etmək mümkün olmayıb. Lakin o, bu cihazların Livana çatmazdan əvvəl hansı yoxlamalardan keçdiyi barədə fikir bildirməyib. Partlamış peycerə baxan başqa bir mənbə isə deyib ki, partlayıcı litium-ion batareyada gizlədilib. O, əvvəllər belə halla rastlaşmadığını bildirib.

Keçmiş Britaniya Ordusunun zabiti, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssis Şon Murhaus CNN-ə bildirib ki, batareyanın metal korpusunun daxilinə adi rentgen şüaları ilə aşkar edilə bilməyən elektron detonator və ya partlayıcı yük daxil edilmiş ola bilər. CNN hesab edir ki "bütün bunlar dövlət oyunçusunun iştirak etdiyi tədarük zəncirinə dərin müdaxiləyə işarə edir".

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar