Ru
22:40 / 29 İyun 2024

Qaxda ağır yol qəzası: 4 nəfər öldü - YENİLƏNİB

2297

21.43

Qaxda minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, xəsarət alanlar var.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı "VAZ-21015"-in sürücüsü və sərnişin hadisə yerində ölüb.

Daha bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda ölən və yaralanan şəxslərin kimlyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***
22.40

Qaxda baş verən ağır yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.

Ölən şəxslər VAZ 21015 markalı avtomobilin sürücüsü və onun sərnişinləridir.

Əldə olunan ilkin məlumata görə, ölən və yaralanan şxəslər Şəki rayon sakinləri və yaxın qohumlardır.

Yaralanan şəxslərdən 4-ü azyaşlıdır. Azyaşlılardan biri xəstəxananın Reanimasiya şöbəsinə, ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər