Böyük Qafqaz sıra dağlarında yanğın baş verib.
Bakupost.az "Unikal" xəbər verir ki, yanğın Qax rayonunun Ləkit-Kötüklü kəndi ərazisindəki dağlıq ərazidə 3 h/k ərazidə baş verib. Yanğın yerinə Qax Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi işləri aparılır.