“Ukraynanın Rusiya qazının Mərkəzi Avropaya tranzitindən imtina etməsi Kremlin həmin böyük bazarı itirməsinə səbəb oldu. Bununla da Rusiyanın Avropaya qaz ixracına son qoyuldu. Rusiya milyardlarla dollar vəsait itirdi. Bu, Rusiyanın valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxaracaq”.
Bunu
Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Avropa Rusiyanın Qərb banklarındakı vəsaitini bloklayib. Digər tərəfdən də, qaz alışını dayandırıb və sanksiyaları da genişləndirir. ABŞ əsas strateji hədəfi məhz Avropanın Rusiya qazından asılılığına son qoymaq idi:
“Rusiya çalışacaq ki, öz qaz ixracını Türkiyə vasitəsilə həyata keçirsin. Avropa İttifaqı müəyyən dərəcədə buna "yaşıl işıq" yandıra bilər. Amma, ABŞ-ın siyasəti Trampın verəcəyi qərardan aslıdır. Avropa Rusiya qazından imtina etməklə, öz enerji müstəqilliyini də təmin etmiş oldu".
M.Əsədullazadə bildirib ki, sözügedən qərar Rusiya və Avropa arasında dərin uçuruma gətirib çıxardı:
"Ukraynanın belə bir qərar qəbul etməsi Vasinqton və Londondan verilən təlimatlar əsasında həyata keçirildi. Rusiya çalışacaq ki, Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın. Amma Azərbaycanin texniki imkanları milyardlarla kubmetr Rusiya qazının daşınmasına imkan vermir. Azərbaycanın Rusiya qazının alışına getməsi riskilidir. Qərb Azərbaycan qazına sanksiyalar tətbiq edə bilər”.
Politoloq vurğulayıb ki, Azərbaycan üçün Avropanin qaz bazarında unikal şərait yaranib:
"Vaxtilə "Qazprom" İtaliyada TAP qaz boru kəmərinin çəkilməsinin qarşısını almaq üçün " ekofəalllardan" istifadə edirdi. Rusiya daima Azərbaycan qazının Avropaya ixracına qısqanclıqla yanaşırdı. Artiq Rusiyanın qazına blok qoyuldu və o, Azərbaycana ehtiyac hiss edir".
Sevinc,
BakuPost