Yanvarın 1-dən bu günə qədər mexaniki sayğacdan (sonradan ödənişli) istifadə edən 104 min abonentin qaz sayğaclarının 65 faizi sıfırlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin rəhbəri Ruslan Əliyev məlumat yayıb. O qeyd edib ki, yanvarın 1-dən bu günə qədər bu tipli sayğacdan istifadə edən 104 000 abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 3 104 104 vatsap nömrəsinə göndərməkləri sayəsində bu rəqəm əldə edilib.
Tarif limitlərinin sıfırlanması prosesi davam etdirilir.