Ru
14:37 / 18 Noyabr 2024

Qazanxanalar işləyir, bəs istilik niyə gəlmir? - Açıqlama

Qazanxanalar işləyir, bəs istilik niyə gəlmir? - Açıqlama
Eye

Noyabrın 15-dən ölkə ərazisində istiliyinverilməsinə başlanıb. Lakin bəzi ərazilərdə sakinlər istiliklə bağlı problmlə üzləşiblər.

Binəqədi rayon, 6-cı mikrorayon, Üzeyir Hacıbəyov, 6 ünvanında yaşayan Fərahim Rzazadə yaşadığı binaya hələ də istilik verilmədiyini bildirib. Eyni rayonda yaşayan Xəyalə Əliyeva da oxşar şikayətlə redaksiyamıza müraciət edib.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Bakupost.az-a açıqlamasında bildirib ki, qazanxanalar hava temperaturuna uyğun olaraq işləyir:


“Hava soyuduqca ötürülən istilik enerjisi də artırılır. Hava tam soyuyanda güclü istilik alacaqlar. İkinci bir məsələ də var. Mənzillərdə radiatorlar yuyulmalı, havası buraxılmalıdır. Bəzən hansısa mənzildə istilik yaxşı olmur və bunun səbəbi mənzildaxili hallarla bağlı olur”.

E.Basqallı “Azəristiliktəchizat”ın hazırda işləməyən qazanxanası olmadığını bildirib:

"Əgər hansısa mənzilə istilik gəlmirsə, 956 qaynar xəttinə müraciət edə bilər".

Rəhman, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar