Ru
09:50 / 19 Fevral 2025

AZAL təyyarəsinin qəza təhqiqatı bu vaxta qədər açıqlanacaq

AZAL təyyarəsinin qəza təhqiqatı bu vaxta qədər açıqlanacaq
982

Qazaxıstan hakimiyyəti 2025-ci ilin dekabrına qədər Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı tamamlamalıdır.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - TASS qeydi) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır", - Lastayev Aktau yaxınlığındakı təyyarə qəzasının təhqiqatının müddətinə dair sualı cavablandırarkən deyib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar