Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:21 / 22 Noyabr 2024

Qazaxıstan prezidenti güc strukturlarına tapşırıq verdi - Təcili tədbirlər..

632
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynada münaqişənin kəskinləşməsi ilə əlaqədar ölkəsindəki əsas mülki və hərbi obyektlərin təhlükəsizliyinin dərhal gücləndirilməsi barədə göstəriş verib.

Bakupost.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi və müşaviri Berik Vali bildirib.

“Tokayev baş nazirə, prezident aparatının rəhbərinə, bütün güc strukturlarının rəhbərlərinə və yüksək rütbəli məmurlara Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb. ", - o deyib.
Mətbuat katibi həmçinin vurğulayıb ki, bütün aidiyyatı rəhbərlər və orqanlar bu göstərişlərə uyğun hərəkət etmək zərurəti barədə məlumatlandırılıblar.

Berik Vali əlavə edib ki, Qazaxıstan həmişə münaqişələrin, o cümlədən Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar