Ru
11:40 / 16 Yanvar 2025

"Qazaxıstan rəsmi mənbələri olmayan versiyaları şərh etməyəcək"

"Qazaxıstan rəsmi mənbələri olmayan versiyaları şərh etməyəcək"
Eye

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

O da vurğulanıb ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq.

Nazirlikdən sözügedən komissiyanın hazırda fəaliyyətini davam etdirdiyi də bəyan olunub.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.

Şərhlər
  • Bəhi

    *Azal*təyyarənin qalıqlarının ekspertizi, düşdüyü Aktau, hadisənin gerçəyinə çalışan Qazaxstandan müfəssəl məlumatlar gözləsə də qəza aeroporta enişdən başlanıb və həqiqi səbəblər qəbul məntəqələrindən qeydlərin səhvsiz-ciddi təhlili əsasında aşkarlana bilər?

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar