Aktau qəzası ilə bağlı aidiyyatı qurumlar məşğul olur. Yekun nəticəni gözləmək lazımdır.
Bakupost.az xəbər verir ki, bunu Teleqraf-ın sualına cavab olaraq Qazaxıstanın Azərbaycandakı səlahiyyətli səfiri Alim Bayel deyib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.