Qazaxıstan Səhiyyə Nazirliyi: Qəza ilə bağlı briqadalar cəlb olunub, 40 çarpayı ayrılıb
1043
Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub.
Bu barədə APA-ya Qazaxıstanın Səhiyyə Nazirliyindən məlumat verilib.
Bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb.