Ru
23:54 / 25 Dekabr 2024

Qazaxıstanda qəzayla bağlı yaradılmış komissiyanın iclası keçirilib

Qazaxıstanda qəzayla bağlı yaradılmış komissiyanın iclası keçirilib
1384

Qazaxıstanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar yaradılmış hökumət komissiyasının iclası keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, toplantıda baş nazirin müavini Kanat Bozumbayev fövqəladə hallar, daxili işlər və səhiyyə nazirlərinin, eləcə də Mülki Aviasiya Komitəsi rəhbərinin məruzələrini dinləyib.

Baş nazirin müavini istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı göstəriş verib.

K. Bozumbayev əlavə edib ki, fövqəladə vəziyyətin aradan qaldırılması üçün bütün tədbirlər görüləcək"

"Onu da bildirmək istəyirəm ki, həm həlak olan Qazaxıstan, həm də digər ölkələrin vətəndaşlarının ailələrinə zəruri maddi yardım göstərilməsi təmin olunacaq".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar