Aktau şəhərində baş verən təyyarə qəzasından sonra Qazaxıstanda hava limanlarının və təyyarələrin texniki vəziyyəti ilə bağlı plandankənar yoxlamalar keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat verib. Bildirilib ki, yerli aviaşirkətlərin ekipajlarının kvalifikasiyası, icazələri və peşəkarlığı da yenidən yoxlanılacaq.
Dekabrın 27-də Qazaxıstana Embraer şirkətinin nümayəndələrinin və Braziliyanın aviasiya orqanlarının təmsilçilərinin gəlməsi gözlənilir.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub.
Rəhman Mirzəlizadə, Bakupost