Ru
15:13 / 03 Dekabr 2024

Qazaxıstanda yaşayan həmyerlimiz dövlət mükafatına layiq görüldü

Qazaxıstanda yaşayan həmyerlimiz dövlət mükafatına layiq görüldü
Eye

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev həmyerlimiz Sadiyev Qəhrəman Sənan oğlunu fəal işlərinə görə dövlət mükafatı, “Şapaqat” medalı ilə təltif edib.

Dominant.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində yaşayan həmyerlimiz Qəhrəman Sadiyev Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədridir.

Hüquq elmləri doktoru olan Q.Sadiyev gənc yaşlarından Qazaxıstanda yaşayır. Uzun müddət bu ölkənin Ədliyyə Nazirliyi orqanlarında, prokuror və məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb, Almatı şəhər məhkəməsində hakim olub.

Yaşadığı ölkədən və tutduğu vəzifələrdən asılı olmayaraq, Q.Sadiyev hər zaman Azərbaycan adını yüksək tutub, vətənimiz üçün maddi və mənəvi dəstəyini əsirgəməyib. Həmçinin Qazaxıstanda Azərbaycan diasporasının qurulması və fəaliyyəti ilə bağlı mühüm işlər görüb. Dəfələrlə Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı olub.

Onu da qeyd edək ki, Q.Sadiyev əslən Yardımlı rayonunun Telavar kəndindəndir. Yardımlı Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biridir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar