Ru
10:08 / 22 Aprel 2025

Qazaxıstandan gəlib Bakıda alim oldu - FOTO

Qazaxıstandan gəlib Bakıda alim oldu - FOTO
Eye

Bu günlərdə Bakı Slavyan Universitetinin Tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantı, Qazaxıstan vətəndaşı Altın Daulatkanovna Tukumbayevanın “Bədii əsərin tərcüməsində kulturoloji aspektlər (M.Bulqakovun “Master və Marqarita” romanının Azərbaycan, qazax, və ingilis dillərində tərcümələri əsasında) mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təstiq olunub. Altın Daulatkanovna Tukumbayevaya filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.


Təqdirəlayiq haldır ki, bu gün əcnəbi vətəndaşlar həm ali təhsil almaq, həm də elmi ad almaq üçün Azərbaycana üz tuturlar.

Bakupost.az xəbər verir ki, sözügedən dissertasiya işi müasir tərcümə nəzəriyyəsi və kulturoloji tədqiqatlar baxımından olduqca aktual və elmi əhəmiyyətə malikdir. Tədqiqatın mövzusu M.Bulqakovun “Master və Marqarita” romanının müxtəlif dillərə tərcüməsi əsasında kulturoloji elementlərin təhlili həm nəzəri, həm də praktik baxımdan mühüm əhəmiyyət kəsb edir. Dissertasiya müəllifi əsərin tərcüməsində kulturoloji realilərin, frazeloji vahidlərin, aatalar sözləri və zərbi-məsələlərin, sitatların və ekvivalentsiz leksikanın ötürülməsi yollarını dərinliklə təhlil edib.

Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq M.Bulqakovun “Master və Marqarita romanının tərcümələri nümunəsindən istifadə edərək, ekvivalent olmayan leksikanın Azərbaycan, qazax, ingilis dillərinə verilməsi yollarını sistemləşdirməyə və təsvir etməyə cəhd edilib.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti, ilk növbədə, bədii tərcümədə və müxtəlif ədəbiyyatların qarşılıqlı əlaqəsi prosesində ekvivalent olmayan leksikanın funksional əhəmiyyəti haqqında konseptual nəzəri nəticələrdən ibarətdir.



Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar