Qərbi Qazaxıstan vilayətində qəzaya uğrayan pilotsuz uçuş aparatı aşkar edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Orda.kz hüquq-mühafizə orqanları və Bokeyordinski rayonunun akimi Nurlıbek Daumovun bəyanatına istinadən bildirib.
İnsident Uyalı kəndi yaxınlığında baş verib.
“PUA-ya bənzəyən obyektin aşkar edilməsi ilə əlaqədar rayon polis idarəsi xüsusi xidmət orqanları ilə birgə əməliyyat tədbirləri həyata keçirir”, - deyə idarədən bildirilib.
Uyalı kəndi Rusiyanın Volqoqrad, Həştərxan və Saratov şəhərlərindən təxminən 300 km məsafədə yerləşir. Qəsəbədən 250 km aralıda Rusiyanın ballistik raketlərin sınaqları ilə tanınan Kapustin Yar hərbi poliqonu yerləşir.
Qeyd olunur ki, aşkarlanan PUA-nın uzunluğu 120 sm-dir və onun xarici görünüşü Fransanın "Sagem" şirkəti tərəfindən istehsal olunan Crecerelle kəşfiyyat PUA-nın xüsusiyyətlərinə uyğundur. Tapılan cihaz Qazaxıstan hərbçilərinə təhvil verilib və hazırda Qərbi Qazaxıstan vilayətinin inzibati mərkəzi olan Uralskda yerləşir.
Zaur, BakuPost