Vətən müharibəsinin iştirakçısı, qazi Polad Rzayev paralimpiyanın dağ xizəyi idman növündə mübarizə aparacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Paralimpiyaçımız həmçinin böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da gücünü sınayıb.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. P.Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.