Sabirabad rayonu, Kürkəndi kəndində yaşayan İkinci Qarabağ müharibəsi qazisi İsmayılov Abış Samir oğlu evi yandığı üçün çarəsiz duruma düşüb.
Qazinin sözlərinə görə, hadisə bu ilin aprelin 9-da qısaqapanma nəticəsində baş verib:
"Ev tamamilə yanaraq yararsız hala düşüb. Orada yaşamaq mümkün deyil. Qohumların evində yaşamağa məcburam. Amma nə vaxt qədər belə yaşaya bilərəm? Yardım kimi, icra hakimiyyətindən 500 manat pul ayırıblar. Ancaq hələ də kartıma köçməyib. Həmin pulla evi yararlı vəziyyətə gətirmək mümkün deyil. Bu müddət ərzində müraciət etsəm də, heç bir qurumdan yardım ala bilməmişəm".
S.İsmayılov aidiyyəti qurumlardan evinin təmirinə yardım göstərilməsini xahiş edib.
Yanaraq yaşayış üçün yararsız hala düşən evin görüntülərini təqdim edirik:
Lalə Novruz, BakuPost