Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:12 / 22 Oktyabr 2024

“Qazprom”un rəhbərliyinə azərbaycanlı gətirilir?

863
“Qazprom”un rəhbərliyində mühüm kadr dəyişiklikləri başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın Telegram kanalları bildirib.

Qeyd olunur ki, şirkətin 62 yaşlı rəhbəri Aleksey Millerin bu yaxınlarda Sankt-Peterburqda keçirilən Qaz Forumunda çox şeydən vaz keçdiyi aydın görünürdü. Ehtimal olunur ki, Millerin səhhəti tezliklə qaz nəhənginə rəhbərlik etməyə imkan verməyəcək. Millerə yaxın olanlar idarə heyəti sədrinin yerini “Qazprom”un əsas maliyyəçisi olan müavini Famil Sadıqovun tutacağını proqnozlaşdırırlar.

Həmçinin bildirilir ki, Sergey İvanin “Qazprom Qazneftprodukt Holdinq”in rəhbəri vəzifəsini tərk edir. Bu şirkət Qazprom-un güclü törəmə şirkətidir və çətin dövrlərdə demək olar ki, iki milyard illik mənfəət gətirib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar