Ru
22:16 / 31 Yanvar 2025

Qəbirstanlıqda ən böyük muncuq kolleksiyası tapıldı

Qəbirstanlıqda ən böyük muncuq kolleksiyası tapıldı
Eye

Arxeoloqlar İspaniyanın Montelirio adlı qədim qəbirstanlığında tarixdə ən böyük muncuq kolleksiyasını aşkarlayıblar. Təxminən 5 min il yaşı olan qəbirdə tədqiqatçılar 270 mindən çox muncuq tapıblar.

Bakupost.az xəbər verir ki, araşdırmanın nəticəsi “Science Advances” jurnalında dərc edilib.

Montelirio eramızdan əvvəl 2875–2635-ci illər arasında dəfn yeri kimi istifadə olunmuş arxeoloji kompleksdir. Bu kompleksdəki qəbirlərdən birində 15-i qadın olmaqla 20 nəfərin qalıqları tapılıb. Hər biri dəniz ilbizlərinin qabıqlarından yonulmuş və ipə düzmək üçün dəlik açılmış muncuqlar ölülərin qalıqlarını örtürdü.

Tədqiqatçılar hesab edirlər ki, onlar dəfn edilmiş qadınların yüksək statusunu vurğulayan dəbdəbəli geyimlər yaratmaq üçün istifadı olunub.



Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar