Ru
19:02 / 28 Sentyabr 2024

Qənirə Paşayeva yad edildi - FOTO

1006
Bu gün mərhum millət vəkili Qənirə Paşayevanın ölümündən 1 il ötür.

Bakupost.az xəbər verir ki, bu münasibətlə yaxınları, həmkarları və ictimaiyyət nümayəndələri onun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərlə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

1998-ci ildən "ANS" televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. 2012-2015-ci illərdə «Odlar Yurdu" Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri,Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Millət vəkili Qənirə Paşayeva 2023-cü ilin sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu.

48 yaşında vəfat edən Qənirə Paşayeva II Fəxri Xiyabanda dəfn olunub.

Qənirə Paşayeva yad edildi - FOTO
Qənirə Paşayeva yad edildi - FOTO
Qənirə Paşayeva yad edildi - FOTO
Qənirə Paşayeva yad edildi - FOTO
Qənirə Paşayeva yad edildi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar