“Qərb ölkələri nəyin bahasına olursa-olsun, Gürcüstanda hakimiyyəti əldə saxlamağa və hakimiyyət dairələrinə təsir imkanlarını qorumağa çalışırlar. Bununla da Cənubi Qafqaz bölgəsində öz maraqlarını təmin etmək istəyirlər. Amma artıq bu, mümkün deyil. Çünki gürcü xalqı parlament seçkilərində böyük iradə nümayiş etdirdi və gələcəyini təmin etmiş oldu. Artıq Gürcüstanda yeni bir dönəm başlayıb. Bu, açıq-aydın görünür. Gürcüstanın yeni hakimiyyəti, yeni parlament Gürcüstan dövlətinin maraqları çərçivəsində, ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində siyasi iradə ortaya qoyub”.
Bunu
Bakupost.az -a siyasi şərhçi Sahil Kərimli bildirib.
O qeyd edib ki, Avropa ölkələri Gürcüstanda kütləvi aksiyaları daha da qızışdırmaq, hətta hakimiyyəti devirmək üçün butün imkanlarından istifadə edirlər. Məqsəd Gürcüstanı əldə saxlamaqdan ibarətdir:
“Qərb ölkələrinin müdaxilələrinə baxmayaraq, gürcü xalqı müstəqil iradəsinin təmin edilməsi istiqamətində öz fəaliyyəti istiqamətlərini müəyyən edəcək”.
Sevinc,
BakuPost