Ru
17:57 / 04 Noyabr 2024

Qərb Şimali Koreyaya təzyiqləri artırır

Qərb Şimali Koreyaya təzyiqləri artırır
Eye

Avropa İttifaqı (Aİ) və Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini kəskin şəkildə pisləyib.

Bakupost.az xəbər verir ki, Yonhap Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən bildirib.

Avropa İttifaqından bildirilib ki, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Cozep Borrel Cənubi Koreyaya səfəri çərçivəsində paytaxt Seulda müdafiə naziri Kim Yonq Hyun ilə görüşüb.

Görüşdə tərəflər Rusiya ilə Şimali Koreya iki ölkə arasında hərbi əməkdaşlığın qarşısını almaq üçün yaxından işləmək barədə razılığa gəliblər.

Borrell və Kim Şimali Koreyanın Rusiyaya qoşun göndərməsindən ciddi narahatlıq olduqlarını və bunu qətiyyətlə pislədiklərini bildiriblər.

Avropa və Atlantikanın təhlükəsizliyinin Hind-Sakit Okeanı hövzəsinin təhlükəsizliyi ilə bağlı olduğu fikrini bölüşən tərəflər Cənubi Koreya ilə Aİ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini barədə razılığa gəldiklərini bildiriblər.

Lalə Rövşən, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar