Ru
17:15 / 18 Mart 2025

Qərb şirkətləri Rusiyaya qayıdır?

Qərb şirkətləri Rusiyaya qayıdır?
Eye

Əvvəllər Rusiya bazarını tərk etmiş bəzi Qərb şirkətləri ölkədə fəaliyyətini bərpa etməyi planlaşdırır, lakin yerli biznesin maraqları prioritet olacaq.

Bakupost.az "Qazeta"ya istinadla xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

“Gedən şirkətlər indi geri qayıtmağı planlaşdırır. Biz bu haqda bilirik. Amma öz yerini tutan müəssisələrimiz investisiya dövriyyəsinin müxtəlif mərhələlərindədir. Bəziləri artıq sərmayələri başa vurub hasilatı qurdular, digərləri isə yeni layihələrə başlayırlar, hətta yüksək sürətlə tikintini genişləndirirlər.

Bizim bu planları təhlükəyə atmağa, qoyulan resursları və işçilərin əməyini sıfıra endirməyə haqqımız yoxdur. Bizim üçün Rusiya şirkətlərinin maraqları həmişə üstün olacaq. Biz bu mövqeyi nəzərə alaraq xarici biznesin bazara qaytarılması məsələsinə baxacağıq”, - Putin qeyd edib.

Qeyd edək ki, Rusiya prezident hökumətə əvvəllər Rusiyanı “qapını çırparaq” tərk etmiş Qərb şirkətlərinin geri qaytarılması ilə bağlı sövdələşmələri diqqətlə izləməyi tapşırıb.

Dövlət başçısı vurğulayıb ki, Qərb şirkətləri Rusiyadakı aktivlərini güzəştli qiymətə geri ala bilməyəcək.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar