Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot tərəfdarlarını Qərb qoşunlarının Ukraynayagöndərilməsinə etiraz etməyə çağırıb.
Bakupost.az xəbər verir ki, o, bu barədə X-də (keçmiş Twitter) "Le Monde" qəzetinin məlumatını şərh edərək yazıb.
Nəşr Donald Trampın rəhbərlik etdiyi gələcək Amerika administrasiyasının Kiyevə mövcud dəstəkdən gözlənilən imtinası fonunda Avropa elitasının Ukraynaya qoşun göndərməklə bağlı müzakirələrə qayıtması barədə məlumat verib.
“Qəzetdə fransız qoşunlarının Ukraynaya göndərilməsinə hazırlıqla bağlı dərc olunan məlumatlar heyrətləndiricidir” Filippot deyib.
O qeyd edib ki, heç bir fransız, heç bir hərbçi bunu qəbul edə bilməz və etməməlidir: "Çünki bunun bir nəticəyə gətirib çıxaracağına zəmanət verilir: nüvə silahlı üçüncü dünya müharibəsi".
O, tərəfdarlarını dekabrın 1-də “sülhə dəstək və bu çılğınlığa qarşı nümayiş keçirməyə” çağırıb.
Zaur, BakuPost