Ru
15:39 / 30 Yanvar 2025

"Qərb Zəngəzur dəhlizini açmağa vadar olacaq" - Açıqlama

"Qərb Zəngəzur dəhlizini açmağa vadar olacaq" - Açıqlama
655


“Məlum olduğu kimi, Brussel Ermənistanda xüsusi monitorinq missiyasının vaxtını daha iki il uzatdı. Bu, Azərbaycanın dövlət təhlükəsizlyinə açıq-aşkar təhdiddir və söhbət monitorinq adı altında çoxfunksional gedişlərdən gedir. Bu dəfə daha geniş formada. Əgər son iki ildə Aİ monitorinq missiyası kəşfiyyatçılıqla məşqul idisə, Rusiya və İranın susqunluğundan istifadə edən Qərbdəki mərkəzlər gələcək iki ildə öz səlahiyyətlərini genişləndirməyi planlaşdırırlar. Bu dəfə söhbət tam hüquqlu hərbi nümayəndəlikdən gedə bilər. Təkcə Azərbaycanla şərti sərhədlərdə deyil, eyni zamanda, İran və Türkiyə sərhədlərində”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.


O qeyd edib ki, avropalılar hərbi nəqliyyatdan tutmuş silahlara qədər təchiz olunacaqlar:

"Buraya bu ilin yanvar ayında ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqda sənədin hərbi təhlükəsizliklə bağlı komponentləri və ötən ilin baharında ABŞ-Ermənistan-Aİ arasında imzalanan sənədi əlavə etsək, SOS siqnalının çalınması mütləqdir. Afrikada uğursuzluğa duçar olan Fransa, dünyada geosiyasi mövqeyini daha da genişləndirən ABŞ bu dəfə Cənubi Qafqazda strategiya ortaya qoyaraq addım-addım məqsədlərinə çatmağı planlaşdırırlar. İran və Rusiyanın məlum hadisələrlə bağlı susqunluğu, Azərbaycan və Türkiyə hərbi-təhlükəsizlik paktını (Şuşa Bəyannaməsini belə də adlandırmaq olar) aktivləşdirə bilər. Qrenlandiyaya, Panamaya, Kanadaya iddiası olanlar, Yeni Kaledoniyada, Afrikada neokolonializm siyasətini davam etdirənlər Qərbi Zəngəzurla bağlı mövzunun Azərbaycan üçün həssas olduğunu başa düşməlidirlər. Hətta, Zəngəzur olmasa belə. Torpaqları onillərdir işğal edən və qonşusuna ərazi iddiası olan dövlətin sərhədlərinə və ordusuna təminat vermək Azərbaycan üçün böyük çağırışdır. Əgər sabah ölkəmizə qarşı hərbi koalisiya formalaşarsa nə baş verəcək? Beləliklə, indi qərar vaxtıdır. Ermənistan baş naziri yazıq obrazında məkrli planlarını həyata keçirmək niyyətindədir. Lakin, baş verənlərə göz yumulması bir halda mümkündür. Mehri şəhəri dəhliz elan edilir və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında qovşaqda heç bir maneə olmur. Əgər Paşinyan 40 km - i faktiki olaraq Azərbaycanın himayəsinə verərsə, ən azından 9 000 kv km ərazini qoruya bilər. Qərb özü zəngəzur dəhlizini açmağa vadar olunacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar