Dünya universitetlərinin müxtəlif sahələr üzrə göstəricilərinin qiymətləndirməsinin aparıldığı “UI GreenMetric World University Rankings 2024”ün nəticələri açıqlanıb. Qərbi Kaspi Universiteti bu reytinq sıralamasında 211 pillə irəliləyərək 439-cu yerə yüksəlib.