Ru
13:23 / 22 Yanvar 2025

Qərbin cəhdləri Gürcüstanı "3+3" formatına meyilləndirir? - ŞƏRH

Qərbin cəhdləri Gürcüstanı "3+3" formatına meyilləndirir? - ŞƏRH
539

“Gürcüstan-Rusiya münasibətlərində gərginliyin saxlanılması bütün hallarda Qərbin maraqlarına cavab verir. Məhz buna görə də nə parlament seçkilərinin nəticələrini, nə də Gürcüstanın yeni prezidentinin legitimliyini tanıyırlar. Gürcüstanı sanksiyalarla hədələyir, müxalifətin etiraz aksiyaları vasitəsilə ölkəni vətəndaş qarşıdurmasına sürükləyib mövcud hakimiyyəti devirməyə çalışırlar. Lakin Gürcüstanda əhalinin mütləq əksəriyyətinin dəstəyi ilə Kobaxidze iqtidarı bu təzyiqlərə duruş gətirə bildi".

Bunu Bakupost.az -a politoloq Elşən Manafov qonşu Gürcüstan ətrafında baş verən prosesləri şərh edərkən bildirib.

O qeyd edib ki, hazırda Gürcüstan-Rusiya münasibətlərində yaşanan bir sıra hadisələrin fonunda rəsmi Tiflisin regional təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı məsələlərə münasibətinin dəyişəcəyi istisna deyil.

Politoloqun sözlərinə görə, Gürcüstan Rusiyadan aldığı neftin və qazın həcmini əhəmiyyətli şəkildə artırıb:

“Qərb Gürcüstan hakimiyyətinə maliyyə kreditlərini ayırmaq fikrindən daşınıb. Bu kontekstdə Gürcüstan dövlətinin region dövlətləri, ilk növbədə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq imkanlarını genişləndirməyə marağı artır. Gürcüstan və Azərbaycanı bir sıra ümumi maraqlar birləşdirir. Gürcüstan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz, habelə Bakı-Tbilisi-Qars dəmir yol layihələri ilə Azərbaycanla bağlıdır. Məlum kəmərlərlə, o cümlədən Cənub Qafqaz qaz dəhlizi kəməri ilə nəql olunan neft və qazdan tranzit ölkə kimi böyuk mənfəət götürür. Nəhayət, Qərbin regiondakı geosiyasi reallıqları dəyişdirmək cəhdlərinin qarşısının alınması zərurəti region dövlətlərindən "3+3" formatında əməkdaşlığın gücləndirilməsi üçün təxirəsalınmaz qərarların qəbul edilməsini tələb edir".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar