Ru
19:17 / 20 Fevral 2025

Qeyri-sabit hava Mingəçevir su anbarında batan şəxslərin axtarışına çətinlik yaradır

Qeyri-sabit hava Mingəçevir su anbarında batan şəxslərin axtarışına çətinlik yaradır
825

Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan şəxslərin axtarışları davam edir.

Bakupost.az APA-nın yerli bürosunun məlumatına görə, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Kürdə batan şəxslərin yaxınları meyitlərin sudan tapılması üçün aidiyyəti qurumlardan köməklik istəyib.

Bildirilib ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, bu isə axtarışlara çətinliklər yaradır.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar