Ru
18:25 / 26 Dekabr 2024

Qəzada həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşib

Qəzada həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşib
893

Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə meyitləri aşkarlanan 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşib.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verillib.

Qeyd olunub ki, şəxsiyyəti müəyyən edilənlərin 4 nəfəri Azərbaycan, 3 nəfəri Qazaxıstan, 3 nəfəri isə Rusiya vətəndaşlarıdır.

Qazaxıstan FHN-dən həmçinin hazırda xəstəxanalarda 20 nəfərin müalicəsinin davam etdirildiyi, o cümlədən yaralanan 29 nəfərdən hər birinin şəxsiyyətinin müəyyən olunduğu açıqlanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar