Aktauda baş verən təyyarə qəzasında faciəli şəkildə dünyasını dəyişən pilot İqor Kşnyakinin qızı sosial şəbəkədə paylaşım edib.
“Ata sən mənim qəhrəmanımsan, həmişə qəlbimdə yaşayacaqsan. Sən ən güclü insansan. Mən həmişə səninlə fəxr edəcəm ki, sənin kimi atam var. Sən öz həyatını qurban verərək onlarla insanın həyatını xilas etdin. Sən çox güclü və şən insan olmusan. Bizim xoşbəxt olmağımız üçün hər şeyi etmisən. Ən gözəl ata! Yerin cənnət olsun!”