Ru
12:03 / 26 Dekabr 2024

Qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu - FOTO

Qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu - FOTO
868

Azərbaycanda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Bakupost.az xəbər verir ki, qəza nəticəsində çox sayda inanın həyatını itirməsi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.


Saat 12.00-da isə həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar