Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan 3 Azərbaycan vətəndaşının Aktau hava limanına çatdırılmasına köməklik göstərib. Onlar vətənlərinə təyyarə ilə göndərilib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS Qazaxıstan FHN-ə istinadən xəbər yayıb.
“Aktauda Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin dəstəyi ilə təyyarənin qəzaya uğraması nəticəsində xəsarət almış 3 Azərbaycan Respublikası vətəndaşı sağ-salamat hava limanına çatdırılıb. Fövqəladə Hallar Nazirliyi qonşu fövqəladə hallar şöbəsinə lazımi köməklik göstərərək tam nəqliyyat dəstəyi göstərib”, - məlumatda bildirilir.
Son məlumata görə, artıq yaralılar Bakya çatıb və "Yeni Klinika"ya yerləşdiriliblər.