Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 9 nəfər Rusiya vətəndaşı Moskvaya yola salınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Manqistaunun Vilayət Administrasiyasından məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri almış Rusiya vətəndaşları Rusiyadan gələn xüsusi təyyarədə tibb personalının müşayiəti ilə vətənlərinə göndərilib.