Ru
19:05 / 28 Dekabr 2024

Qəzanı bu ölkə və qurumlar araşdırır

Qəzanı bu ölkə və qurumlar araşdırır
Eye

Aktau yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri ilə bağlı 17 beynəlxalq ekspert tərəfindən araşdırma aparılır.

Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

Onun sözlərinə görə, 17 nəfərin arasında “Embraer” şirkətindən 2, Braziliyanın Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən isə 3 ekspert yer alıb.

Eyni zamanda, ekspertlərdən 6-sı Azərbaycan, ikisi isə Rusiya Federasiyasındandır.

Kanat Bozumbayev tezliklə Beynəlxalq Mülki Aviasiya Təşkilatından da (ICAO) ekspertin gələcəyini əlavə edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar