Ru
22:47 / 10 Dekabr 2024

Qəzaya düşən sürücü xəstəxanada öldü

Qəzaya düşən sürücü xəstəxanada öldü
Eye

Quba şəhəri, Vaqif küçəsində avtoqəzada ağır xəsarətlər alan sürücü Qusar Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Bakupost.az xəbər verir ki, 3 gün öncə Quba şəhərində minik avtomobillərinin toqquşması nəticəsində Quba rayonunun Küpçal kənd sakini, 23 yaşlı Teymur Quliyev ağır xəsarətlər alıb.

O, öncə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan ilkin tibbi yardımdan sonra Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müvafiq tibbi yardım göstərilsə də, T.Quliyevi həyatda saxlamaq mümkün olmayıb. O, müalicə aldığı Travmatologiya Şöbəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar