Bu gün saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakupost az -a TƏBİB-dən bildirilib.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hazırda 5 nəfərin müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir.
***
12.30
Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub.
Bakupost.az xəbər verir ki, həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır.
Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb.
***
11:37
Yevlaxda minik maşını mikroavtobusla toqquşub.
Bakupost.az xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, "Vaz 21 06" markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşması nəticəsində minik maşınında olan 3 yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, mikroavtobusda işə gedən tibb bacıları olub.
Faktla bağlı araşdırma başlanıb.