Qətər və Misir Qəzza zolağında HƏMAS hərəkatı və İsraillə məsləhətləşmələr aparır.
Bakupost.az xəbər verir ki, bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Misir və Qətər nümayəndə heyətləri Ramazan bayramı öncəsi Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq üçün danışıqlar aparır”, - kanalın həmsöhbətləri bildirir.
Məlumata görə, “yeni təklif bir neçə fələstinli məhbusun əvəzində beş girovun azad edilməsini və 50 günlük atəşkəs rejimini nəzərdə tutur”.