Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:10 / 28 Oktyabr 2024

Qəzzada dəhşət - Ölənlərin sayı 43 mini keçdi

577
Qəzzada həlak olanların sayı 43 mini ötdü.

Bakupost.az xəbər verir ki, Qəzzada can itkiləri artmaqda davam edir.

Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 388 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 48 saatda həyata keçirdiyi “5 qırğın”da 96 nəfərin öldüyü, 277 nəfərin yaralandığı bildirilib.

Qeyd edilib ki, 7 oktyabr 2023-cü ildən başlayan hücumlarda ölənlərin sayı 43 min 20-yə, yaralıların sayı isə 101 min 110-a yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.



Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar