Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:01 / 24 İyul 2024

Qəzzada öldürülən fələstinlilərin sayı 39 mini keçdi

1533
Qəzzada öldürülən fələstinlilərin sayı 39 mini keçib.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, İsrail ordusu mülki insanları hədəfə alaraq Xan Yunusda yenidən qətliam törədib. Yunis şəhərinə etdiyi hücumlarda bir gündə 89 fələstinli ölüb.

Qəzzada hökumət hücum nəticəsində 263 fələstinlinin yaralandığını, 68 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

İsrail Xan Yunusun qərbində təhlükəsiz zona elan etdiyi El Mevasi bölgəsinə də hücum edib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi Qəzzada hücuma məruz qalan təhlükəsiz yer qalmadığını vurğulayıb.

Xan Yunusda cəmi bir gündə 150 min insan didərgin düşüb.

Qəzzada səhiyyə sistemi çöküb və xəstəxanalar yaralılarla ayaqlaşa bilmir.

Qəzzadakı Hökumət Media Ofisi 15 min yaralı və xəstənin xaricdə müalicəyə ehtiyacı olduğunu bildirib.

Qəzzada 71 mindən çox hepatit aşkar edilib, 10 min xərçəng xəstəsinin müalicəyə ehtiyacı var.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar